Güzəştli mənzillərin növbəti satışı keçiriləcək –MİDA

9

 

Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242, 4 saylı binası üzrə 137, ümumilikdə 502 mənzilin satışı 10 sentyabr 11:00-dan 19 sentyabr 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin yaydığı məlumata görə, mənzillərin güzəştlə əldə edilməsi qaydasına uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi 14 sentyabr saat 11:00-dan, 19 sentyabr 11:00-dək davam edəcək.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir./Strateq.az/