“Güzəşt olmasa, bu sahədə çətinliklər olacaq” – Deputat

51

“Alıcılıq qabiliyyətinin aşağı düşməsi, satış sektorunda durğunluq yaranması tikinti materialları, metallurgiya sənayesi, tikinti şirkətləri üçün böyük problemdir. Əgər bu gün tikinti sektorunun yanında olmasaq, 3 ya da 4 aydan sonra  tikinti sektorunda krizis yarana bilər”.

Bunu Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin  bugünkü iclasında çıxış edən komitə üzvü Məşhur Məmmədov deyib.

Deputat müəyyən güzəştlərin vacibliyini də qeyd edib:

“Bunların hər biri sadələşdirilmiş vergi verir. Verginin də miqdarı həddindən çox böyükdür. Bu gün tikintinin dayandırılmaması üçün onlar investisiya yatırmalıdırlar. Əgər vergidən onlara müəyyən güzəştlər olmasa, bu sahədə çətinliklər olacaq”. \\Modern.az