Gürcüstanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri İSTEFA VERİB

36

Gürcüstanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria istefa verib.

L.İzoria bu barədə yerli telekanalların birinə açıqlamasında bildirib.

İzorianın sözlərinə görə, o, artıq istefasını Gürcüstanın Baş Nazirinə təqdim edib. L.İzorianın fəaliyyətinə Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, L.İzoriya bundan əvvəl Gürcüstanın Müdafiə naziri vəzifəsini icra edib. \\APA