Gürcüstanın hazırkı prezidentindən gözlənilməz bəyanat: “Belə seçkilər bir daha keçirilməməlidir”

    18

    “Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm”.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili brifinqdə bildirib.

    O deyib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.

    G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.

    Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib.