Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Ukraynaya göndərildi

    6

    Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Teymuraz Şaraşenidze Ukraynaya səfir təyin olunub. Bunu yerli mətbuat yazıb.

    Məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi bu barədə qərar qəbul edib.

    XİN-dən isə bildirilib ki, Ukraynaya səfir postuna uyğun namizədin seçilməsi prosesi davam edir və proses başa çatandan sonra səfirin adı ictimaiyyətə açıqlanacaq.

    Qeyd edək ki, T.Şaraşenidze 2011-2018-ci illərdə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Qonşu ölkənin Ukraynadakı keçmiş səfiri Gela Dumbadze bu yaxınlarda vəzifəsindən azad olunub. O, fəaliyyətini Gürcüstan XİN-də davam etdirəcək.