Gürcüstanın Səhiyyə Nazirliyi: “Koronavirus tədris ilinin başlanmasına əngəl olmayacaq”

93

Hurriyyet.org xəbər verir ki, Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunya bu gün keçirilən brifinqdə Gürcüstandakı cari epidemioloji vəziyyətin məktəblərdə tədrisin vaxtında başlanmasına mane olmayacağını bildirib: “Məktəblərin təhlükəsiz şəkildə dərs ilinə  başlayacaqlarıa əmin olmaq üçün biz bu planda monitoriqlər aparırıq. Hələlik tədris ilinin başlanmasının ləngidilməsi üçün heç bir əsas yoxdur”.

Gürcüstanda dərslər 15 sentyabr tarixində başlanır.