Gürcüstanın NATO missiyasındakı hərbçiləri arasında kütləvi yoluxma – 28 nəfər hospitala yerləşdirildi

33

Əfqanıstanda NATO-nun “Qətiyyətli dəstək” sülhməramlı missiyasında iştirak edən Gürcüstanın 28 hərbçisi koronavirusa yoluxub.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Aparılan testlərdən sonra NATO-nun “Qətiyyətli Dəstək” əməliyyatında iştirak edən 28 gürcü hərbçisində koronavirus aşkarlanıb. Onlar Almaniya hərbi təyyarəsilə xüsusi reyslə Gürcüstana gətiriliblər”, – deyə məlumatda qeyd olunub.

Hərbçilərin sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu, infeksiya mənbəyinin Əfqanıstandakı yerli kontingentlə əlaqəli olduğu qeyd edilir.

İnfeksiyaya yoluxan hərbçilər Qori hərbi hospitalında müalicə olunurlar.