Gürcüstanın Baş naziri koronavirusa YOLUXDU

15

Gürcüstanın Baş naziri Georgi Qaxariya koronavirusa yoluxub.

Bu barədə “RİA Novosti” Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən yazıb.

Gürcüstanın Baş naziri hələ oktyabrın 31-də karantinə yollanıb. Çünki o, COVID-19-a yoluxmuş təhlükəsizlik xidməti əməkdaşı ilə ünsiyyətdə olub.

“Aparılan test nəticəsində baş nazirdə koronavirus təsdiqlənib”, – deyə mətbuat xidməti bildirib.

Həmçinin Georgi Qaxariyanın özünü yaxşı hiss etdiyi, ev şəraitində müalicə aldığı vurğulanıb. \\Oxu