Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürüldü

42

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv olunub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Aparat rəhbəri Natia Mezvrişvili bildirib.

Onun sözlərinə görə, bu gündən kəndə giriş-çıxış bərpa olunub.

Qeyd edək ki, Getada COVID-19-a son yoluxma halı mayın 16-da qeydə alınıb. Kənddə sərt karantin rejimi mayın 15-dən etibarən tətbiq olunurdu.