GÜRCÜSTANDAN RUSİYAYA SƏRT MESAJ – «Sərhədlərin delimitasiyası-demarkasiyası məsələsi ərazilər işğaldan çıxarılana qədər gündəmə gətirilə bilməz»

798

Abxaziya və Tsxinvali bölgələrini işğal etdiyi müddətdə və 2008-ci il 12 avqust atəşkəs razılaşmasını tam yerinə yetirənə, ərazilərin işğalını bitirməyənə qədər Rusiya Federasiyası ilə Gürcüstan arasındakı sərhədlərin delimitasiya-demarkasiyası məsələsi gündəmə gətirilə bilməz. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Gürcüstan Xarici İşlər Nazirliyi bu açıqlama ilə Rusiya KİV-lərinin president Putinin xüsusi nümayəndəsinə qonşu dövlətlərlə, o cümlədən Gürcüstan və Rusiyanın işğalı altındakı Gürcüstan əraziləri ilə Rusiya sərhədini demarkasiya və delimitasiya etməsini tapşırması barədə yaydığı məlumata cavab verdi.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını beynəlxalq hüququn əsas normalarına əməl etməyə, işğalçı qoşunları geri çəkməyə və Gürcüstan ərazilərini işğaldan çıxarmağa çağırır.

Tərcümə etdi: Ülviyyə Şükürova