Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılır

    21

    Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılacaq.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, yeni 10 larilik əskinasları oktyabrın 1-dən dövriyyədə görmək mümkün olacaq.

    Milli Bankdan bildirilib ki, yenilənmiş banknotun üzərində Gürcüstanın mədəni-tarixi və ənənəvi dəyərlərini əks olunub.
    Valyutanın üzərində gürcü rəssam David Kakabadze və “İmereti-mənim anam” əsəri təsvir edilib.