Gürcüstanda tibbi maskalarla bağlı QADAĞA

    6

    Gürcüstanın “Georgian Post” poçt xidməti tibbi maskaların ölkə xaricinə göndərilməsinə qadağa qoyub.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin "Facebook" şəbəkəsində məlumat yerləşdirilib. Bildirilib ki, tibbi maskaların göndərildiyi poçt bağlamaları müsadirə oluna və ya geri qaytarıla bilər.

    Bağlamanın göndərilməsinə görə ödənilən məbləğ isə geri qaytarılmayacaq.