Gürcüstanda seçki gərginliyi – HƏBSLƏR BAŞLADI

    36

    Gürcüstanda ikinci turdan öncə bir sıra insidentlər qeyd alınıb.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, Zuqdidi şəhərində Vahid Milli Hərəkatın nümayəndəsi Vaxtanq Xviçiya gecə seçki məntəqəsindən polis idarəsinə gətirilib. Buna səbəb onun yerli seçki komissiyasının üzvləriylə dalaşması olub.

    Daha bir insident Qardabani rayonunda baş verib. Burada Zurabişvili və Vaşadze tərəfdarları arasında dava düşüb. Polis bir neçə nəfəri həbs edib.