Gürcüstanda qripdən daha bir nəfər öldü

    12

    Gürcüstanın Zuqdidi şəhərində gənc qadın qrip virusundan ölüb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Abxaziyadan məcburi köçkün olan 22 yaşlı pasiyent yanvarın 19-da xəstəxanaya yerləşdirilib.

    Daha sonra o, Kutaisi xəstəxanasına çatdırılıb. Gənc qadın ötən gün Tbilisi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

    Qeyd edək ki, yanvarın 8-də Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın da qripdən ölüb.

    Hazırda qonşu ölkədə 100 min nəfər əhali arasında 216 qrip virusuna yoluxma halı qeydə alınıb.