Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir

    12

    Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.

    Hurriyyet.org xəbər verir ki, saat 08:00-da 3 703 seçki məntəqəsində səsvermə prosesinə başlanılıb.

    Məntəqələrin 55-i xarici ölkələrdə açılıb, 11-i isə istisna hallar üçün yaradılmış seçki məntəqələridir.

    Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılmış seçki məntəqələrində səsvermə saat 24:00-dək davam edəcək. Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi açılıb.

    Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.

    Prezident seçkilərini seçici subyektlərinin 17 000 nümayəndəsi, 48 500-dən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini 2 300 jurnalist işıqlandırır.

    Seçkilərdə iki namizəd hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizədSalome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzemübarizə aparır. Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.

    Qeyd edək ki, bugünkü seçkilər Gürcüstanın dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilərdir. Qonşu ölkənin yeni prezidenti 6 il müddətinə seçiləcək./report/