Gürcüstanda prezident seçkiləri ilə bağlı ilkin məlumatlar AÇIQLANDI

    63

    Gürcüstanda prezident seçkilərinin 2-ci turu saat 8:00-dan etibarən başlayıb.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 10:00 üçün məlumatına görə seçicilərin 7,26%-i yaxud 255 mindən çoxu artıq səs verib.

    Seçki məntəqələri Gürcüstanda saat 20:00-da, xarici ölkələrdə isə gecə yarısı bağlanacaq. Ölkədə səs vermə hüququnun ümumilikdə, 3 milyon 528 min nəfərə məxsus olduğu bildirilir.

    Gürcüstan prezidentliyinə “Vahid Milli Hərəkat” partiyasından Qriqol Vaşadze və “Gürcü Arzusu”nun dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvilidir.