Gürcüstanda hökumət başçısı istefa verib – Pataradze hakim partiyanı tərk etməyəcək

    9

    Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı Zurab Pataradze istefa verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə o keçirdiyi brifinqdə bildirib.

    Z. Pataradze istefası ilə bağlı qərarın hakim komandada qəbul edildiyini deyib. O, hakim “Gürcü arzusu” partiyasında qalacağını qeyd edib.

    Hökumət başçısının vəzifəsini tərk etməsi səbəbindən Acarıstan MR-in nazirlər kabineti avtomatik olaraq istefaya göndərilib.

    Qeyd edək ki, Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub. Bundan əvvəl o, Gürcüstanın Qazaxıstanda səfiri olub.