Gürcüstanda zəlzələ oldu – 3,9 bal gücündə

36

Gürcüstanın 3.9 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 17:18-də baş verən zəlzələnin episentri Acarıstan Muxtar Respublikasının Keda rayonundan 6 km məsafədə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.