Gürcüstanda soyğunçu girovları və polisi azadlığa buraxaraq 500 min dollar pul ilə yoxa çıxıb

75

Hurriyyet.org xəbər verir ki, Gürcüstanda bir banka daxil olub onlarla insanı silahla təhdid edərək girov götürən soyğunçu tələb elədiyi 500 min dollar məbləği aldıqdan sonra pulu gətirən polisi və 2 nəfər girovu özü ilə götürərək qaçıb. Soyğunçu bankdan uzaqlaşdıqdan bir müddət sonra əsir götürdüyü polisi və iki nəfər girovu azadlığa buraxaraq yoxa çıxıb.

Gürcüstanın Daxili İşlər Nazirliyinin yazılı açıqlamasında soyğunçunun həbs edilməsi üçün aparılan əməliyyatın davam elədiyi bildirilir.

Soyğunçu banka daxil olduqdan sonra ümumilikdə 43 nəfəri əsir götürüb, sonra onları bir-bir buraxmağa başlayıb, tələblərini girovlardan birinin vasitəsi ilə televiziya kanallarına bildirib, polislərin bankın binasından uzaqlaşmayacağı təqdirdə girovları öldürməyə başlayacağı ilə təhdid edib. Polis girovların zərər çəkməməsi üçün onun tələblərinə əməl edib.