Gürcüstanda qız qaçıran üç azərbaycanlı gənc saxlanılıb

285

Gürcüstanın Laqodexi bələdiyyəsində 16 yaşlı azərbaycanlı qızı qaçırmaqda ittiham olunan üç gənc saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, 1999, 1991 və 1995-ci il təvəllüdlü şəxslər bu ilin dekabrın 21-də Qaracala kəndində 2004-cü il təvəllüdlü qızı evlənmək məqsədi ilə qaçırıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin qanunsuz olaraq yeniyetməni azadlıqdan məhrum etmə maddəsi üzrə istintaq aparılır. Saxlanılan gəncləri 7 ildən 10 ilədək həbs gözləyir.