Gürcüstanda koronavirusa yoluxanların sayı 80 mini ötüb

9

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 157 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 82 835 nəfərə, ölənlərin sayı isə 733 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 65 291 nəfərin sağaldığı bildirilir.