Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötüb

84

Gürcüstanda son sutkada daha 5 068 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 2 336 nəfər sağalıb, 38 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 152 704 yoluxma halı təsdiqlənib. Yoluxanların 126 904-ü sağalıb, 1 425-i isə dünyasını dəyişib.

Karantin zonalarında 1 974, stasionar nəzarətdə 6 561 nəfər var. 3 867 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.