Gürcüstanda komendant saatı tətbiq eiləcək

66

Hurriyyet.org xəbər verir ki, 9 noyabr tarixindən etibarən, yeni tipli koronavirus epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində Gürcüstanda komendant saatı tətbiq ediləcək.

Hökumətin qərarına əsasən həmin tarixdən etibarən saat 22.00-dan 05.00-a qədər bir sıra iri şəhərlərdə avtomobillərin və piyadaların hərəkətlərinə məhdudiyyət qoyulacaq.

Baş nazirin müavini Maya Tskitişvili jurnalistlərə açıqlamasında bildirib: “Bazar ertəsi günündən başlayaraq ölkənin iri şəhərlərində hərəkətin məhdudlaşdırılması qərara alınıb. Bu, qadağan həm avtolobillərə, həm də piyadalara aiddir”.