Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb –Statistika

273

2020-ci ilin oktyabrına olan göstəriciyə əsasən Gürcüstan həbsxanalarında 108 Azərbaycan vətəndaşı cəza çəkir.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu əvvəlki ayla müqayisədə 2 nəfər azdır.

Qeyd olunub ki, həbsdə olanlardan 97 nəfər məhkum edilib, onlardan 86-sı kişi, 11-i isə qadındır. Barələrində məhkəmə hökmü olmayan 11 Azərbaycan vətəndaşından 7-si kişi, 4-ü isə qadındır. Saxlanılan qadınların yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilib.