Gürcüstanda FETÖ əlaqəli məktəb bağlandı

84

Gürcüstan Təhsil Keyfiyyətinin İnkişaf Mərkəzi FETÖ ilə əlaqəsi olan Şota Rustaveli adına İbtidai Məktəb və Liseyin lisenziyasını ləğv edib.

Gürcüstan Təhsil Nazirliyinə bağlı mərkəzin yazılı açıqlamasında ölkənin Rustavi şəhərində fəaliyyət göstərən məktəbin illik təhsil planı ilə məktəbdəki təhsil şəraitinin uyğun olmadığı əsası ilə lisenziyasının ləğv edildiyi bildirilib.

Həmçinin məktəbin infrastrukturu və illik təhsil planının tələb olunan standartlara cavab vermədiyi və nazirliklə razılaşdırılmadan təhsil strategiyasının icrası kimi problemlərə görə lisenziyanın ləğv olunduğu vurğulanıb.

Qeyd edək ki, Gürcüstan qanunlarına görə lisenziyaları ləğv edilən məktəblərdə tədris qərar verilən gündən dayandırılır./“Qafqazinfo” /