Gürcüstanda daha 298 nəfər koronavirusa yoluxub

60

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 298 yoluxma halı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 5552 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5637 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1906 nəfərin sağaldığı, 28 nəfərin isə vəfat etdiyi bildirilir.