Gürcüstanda daha 1 852 nəfər koronavirusa yoluxub

33

Gürcüstanda son sutkada daha 1 852 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib,1 696 nəfər müalicə olunaraq sağalıb, 7 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasından bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 42 579-a çatıb. Sağalanların sayı 26 800, dünyasını dəyişənlərin sayı isə 342 olub.

Hazırda karantin zonalarında 2 977 nəfər saxlanılır, 29 876 nəfər isə özünütəcrid rejimindədir.

Bu arada, Gürcüstanda teatr və kinoteatrların fəaliyyətinin bərpası yenidən təxirə salınıb.

Bu barədə Gürcüstan hökumət qərar qəbul edib.

Bildirilib ki, teatr və kinoteatrların açılması barədə qərar epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.

Qeyd edək ki, qonşu ölkədə mədəniyyət ocaqlarının fəaliyyətinə noyabrın 1-dən icazə veriləcəyi gözlənilirdi. Bundan öncə kinoteatrların sentyabrın 15-də, teatrların isə oktyabrın 1-də açılmasına qərar verilmişdi.