Gürcüstana gümüş keçirmək istəyən Azərbaycan vətəndaşı SAXLANILDI

78

Gürcüstana külli miqdarda gümüş əşya keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, “Sınıq Körpü” Sərhəd-Keçid Məntəqəsində Azərbaycan vətəndaşı B.J-nin idarə etdiyi yük maşınına baxış keçirilərkən sənədləri olmayan 7,324.37 lari dəyərində 3,3 kq gümüş əşyalar aşkarlanıb. \\Modern