Gürcüstan Parlamentinin sədri istefa verməyəcəyini AÇIQLAYIB

    12

    Gürcüstan Parlamentinin spikeri İrakli Kobaxidze istefa verməyəcək.

    Bu barədə parlament sədri Gürcüstanın “İmedi” telekanalına müsahibəsində bildirib. O, məsələnin ciddi olmadığını qeyd edib.

    Qeyd edək ki, hazırda Gürcüstan Parlamentinin qarşısında keçirilən mitinqdə parlament sədri İ.Kobaxidzenin, daxili işlər naziri Giorgi Qaxariyanın və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin istefası tələb olunur. \\APA