Gürcüstan hökumətinə qarşı ayaqqabı aksiyası keçirildi

    6

    Tbilisidə, Gürcüstanın hökumət administrasiyasının binası qarşısında simvolik etiraz aksiyası keçirilib.

    Hurriyyet.org xəbər verir ki, “Məni öldürmə” etiraz aksiyasını dəstəkləyən gənclər binanın önünə 200-ə yaxın köhnə ayaqqabı düzüblər.

    Aksiya təşkilatçıları ötən ilin dekabrında Tbilsinin Xorava küşəsində qətlə yetirilmiş yeniyetmələrin işi üzrə istintaqın şəffaf aparılması və iyunun 10-na qədər konkret addımların atılmasını tələb ediblər. Onlar bildiriblər ki, həmin vaxta qədər addım atılmasa, xalq hökuməti köhnə ayaqqabı kimi dəyişəcək./apa/