Gürcüstan uçuşları BƏRPA EDİR

57

bilisi beynəlxalq hava limanında uçuşların bərpa edilməsi və sərnişinlərin təhlükəsizliyi üçün hazırlıq işləri həyata keçirilir.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Aeroportun operatoru olan “TAV Georgia” şirkəti sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün beynəlxalq standartları tətbiq edib, əllərin dezinfeksiya edilməsi üçün xüsusi qurğular və hərarətin ölçülməsi üçün videoskanerlər quraşdırıb.

Bununla yanaşı, terminallarda təhlükəsiz məsafə saxlamaq üçün döşəməyə xüsusi stikerlər yapışdırılıb, qeydiyyat məntəqələri sərnişinlər və hava limanının işçi heyəti arasında təmasın qarşısını almaq üçün qoruyucu arakəsmələrlə təchiz olunub.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava aeroportda aparılan hazırlıq işləri ilə tanış olub. O bildirib ki, ölkə turistləri qəbul etmək üçün beynəlxalq hava limanlarını bütün epidemioloji təhlükəsizlik normalarına uyğunlaşdırmalıdır.

Qeyd edək ki, ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə başlayacaq. \\24News.ge