Gürcüstan Moskvaya şərtlərini açıqladı

48

“Rusiya ilə bu halda münasibətləri normallaşdıra bilərik…”

 “Rusiya Gürcüstan ərazilərinin işğalına son qoyandan, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıyandan sonra münasibətlərin normallaşmasından danışmaq olar”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazirin sözlərinə görə, münasibətlərin düzəlməsi üçün Rusiya işğal altında saxlanılan iki bölgənin müstəqilliyini tanıması barədə qərarını mütləq geri götürməlidir.