Gürcüstan millisinin baş məşqçisi istefa verdi

171

Futbol üzrə Gürcüstanın milli komandasının baş məşqçisi Vladimir Vayss istefa verib. Bu barədə yerli federasiya məlumat yayıb. Slovakiyalı mütəxəssis buradakı işinin başa çatdığını deyib: “Gürcü azərkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Bu, asan olmayan, lakin həyatımın çox yaxşı 5 ili oldu”.

56 yaşlı baş məşqçi Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off oyunundakı məğlubiyyətə görə üzr istəyib. Qeyd edək ki, ötən gün baş tutan matçda rəqibinə 0:1 hesabı ilə uduzan Gürcüstan millisi 2021-ci ilin yayında keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə şansını əldən verib.