“Əgər “Keşikçidağ” ərazisinə əlavə sərhəd polisi qüvvələri səfərbər etmək ehtiyacı yaranarsa, bu barədə müvafiq qərar qəbul olunacaq”.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Nino Tsatsiaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda “Keşikçidağ”la bağlı hər hansı bir təxribat gözlənilmir: “Daxili İşlər Nazirliyi hər bir vətəndaşın təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edəcək”.