Gürcüstan hökuməti istefa verdi

312

Hurriyyet.org xəbər verir ki, yeni parlamentin öz işinə başlamasından sonra Gürcüstan hökuməti istefa verib. Baş nazir və Nazirlər Kabineti artıq öz vəzifələrinin müvəqqəti icraçısı hesab edilirlər. Bu barədə məlumatı TASS informasiya agentliyinə Nazirlər Kabinetinin Mətvuat Xidməti verib.

Konstitusiyaya əsasən, parlament qarşıdakı iki həftə ərzində yeni hökuməti təsdiq eləməlidir. Əgər bu baş verməsə, Prezident qanunverici orqanın buraxılmasını qərara alacaq və yeni növbədənkənar parlament seçkiləri keçirəcək.

İlkin məlumatlara görə, hakim “Gürcü arzusu –  Demokratik Gürcüstan” partiyası 2019-cu ilin sentyabrından Nazirlər Kabinetinin başçısı olan Georgi Qaxariyanın baş nazir postuna namizədliyini irəli sürmək niyyətindədir.