“Gürcüstan hakimiyyəti qeyri-legitimdir” – Saakaşvili

66

İvanişvili Gürcüstana 90-cı illərin kriminalını geri qaytarıb.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

O, hazırkı Gürcüstan hakimiyyətinin qeyri-legitim olduğunu bildirib:

“İvanişvili Gürcüstana 90-cı illərin kriminalını geri qaytarıb. Bu özbaşınalığın hakimiyyətidir. Dostlar, bizdə hakimiyyət yoxdur. Hesab edirəm ki, Gürcüstan hakimiyyəti tam qeyri-legitimdir”.