Gürcüstan fevral ayından koronavirusa qarşı peyvənd alacaq

201

“Gürcüstanın fevral ayında COVAX platforması vasitəsilə müəyyən miqdarda peyvənd əldə edəcəyi gözlənilir. Vaksinin ilk partiyası həssas qruplar üçün nəzərdə tutulub”.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Onun sözlərinə görə, artıq Ümumdünya Səhiyyə Təşkilatı və COVAX platformasına vaksinlərin alınması ilə bağlı plan təqdim olunub və intensiv danışıqlar aparılır.

Bildirilib ki, Gürcüstanda COVID-19-a qarşı vaksin əhalinin 20 faizi üçün alınacaq. Peyvəndləmə dövlət hesabına aparılacaq.