Gürcüstan daha 75 vətəndaşını Azərbaycandan təxliyə etdi

33

Azərbaycanda olan 75 Gürcüstan vətəndaşının vətənə təxliyəsi təmin olunub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Gürcüstan vətəndaşlarının təxliyəsi Azərbaycanın aidiyyəti dövlət qurumları ilə razılaşdırılma əsasında quru yolla həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Azərbaycandan 35 Gürcüstan vətəndaşı vətənə qayıdıb.