Gürcü aliminin hay saxtakarlığı barədə əsəri – Riyakarlıq, yalan… – VII YAZI

306

Fəal vətəndaş mövqeyindən çıxış edən iqtisad elmləri doktoru, Beynəlxalq Mühəndis Akademiyasının müxbir üzvü, yazıçı-publisist, rəssam Vaja Qriqoryeviç Kakabadzenin “Riyakarlıq, yalan və əxlaq” əsərinin (Tbilisi ş., 2020, səh.145, rus dilində) 131-144-cü səhifələrində hay kilsəsinin (icmasının) Şimali Qafqazda İnquşetiyada, Çeçenistanda və Dağıstanda Gürcü Pravoslav kilsəsinin təsiri altında olan ibadətgahların “özününküləşdirilməsi” barədə (səh.131-135), bu yolla Abxaziyada əldə etdikləri “qənimətlərə” aid(səh.136-142) və müəllifin nəticə mülahizələri ilə bağlı (səh.142-144) məlumatlar yer almışdır.

V.Kakabadzenin “Kasri” qəzetinin 22.02.2019-cu il tarixli sayında “erməni” toplumunun həyasizliğına, saxtakarlığına, hiyləgərliyinə, xəyanətinə, riyakarlığına, satqınlığına… qiymət verən “Sivilizasiyanın düşməni” adlı məqaləsi də işıq üzü görmüşdür.

Müəllif tərəfindən müasir Çeçenistan Respublikası, İnquş Respublikası və Dağıstan Respublikası ərazilərində xristian dini məbədlərinin gürcü mədəniyyətinin maddi irsi kimi qiymətləndiriməsi (“Cənubi Dağıstanın xristian Albaniyasının sərhədləri hüdudunda olması”) mübahisəli mülahizə olsa da, amma bu dini-tarixi abidələrin (eləcə də xristianlığaqədərki, e.ə. IV-III əsrlərə aid) bütünlüklə “erməniləşdirilməsi” bu ayrıca problemdir. Ibtidai insan-hay sürüsünün (“erməni”lərin) həyasızlığına aid nümunələrdən biri kimi Qafqaz Albaniyasında ilk “xaç suyuna salınma” mərasiminin ilk  “erməni” keşişi Qriqor tərəfindən aparılması ilə irəli sürdükləri əsassız və saxta iddianı göstərmək olar.

Bu yuxuvari uydurmaya bənzər digər iddiada deyilir ki, guya rusların xaş suyuna salınması, yəni xristianlaşdırılması  “erməni” keşişləri tərfindən aparılmışdır və yaxud Alban məbədləri “erməni” kilsəslərinin törəmələridir. Əsl həqiqət ondan ibarətdir ki, Alban Apostol kilsəsinin patriarxlığının mərkəzi iqamətgahı 1216-1238-ci illər ərzində Alban hökmdarı Həsən Cəlal Dövlə və onun anası Xorişə xatun tərəfindən inşa etdirilmiş Gəncəsər məbədində (hazırda Kəlbəcər rayonu ərazisindədir) qərar tutmuşdur. 1836-cı ildə Rusiya sinodunun rəsmi qərarına əsasən 1511-1836-cı illər ərzindəki Alban avtokefal kilsəsinin arxivi, əmlakı, məbədləri, kitabxanası…İçmüəzzin  mərkəzinə verimiş… orada isə bütün mənalarda məhv edilmişdir.

XIX-XX əsrlərdə Gəncəsər məbədinin əsas hissəsi və daxili divarlarında əski yazı və naxış nümunələrinə də “erməni” ustaları dəyişiklik edərək  əsl hay kilsəsinin və kütləsinin xislətini bu tarixi abidədə əks etdiriblər.

Müəllif, Alban məbədlərinin “ernəni”ləşdirilməsnə Rusiya imperiyasının yaratdığı imkanla bağlı Azərbaycanlı yazar-tədqiqatçı Fuad Axundovun araşdırması barədə məlumata da istinad etmişdir. Belə ki, F.Axundov “erməni”lərin bu sahədəki saxtakarlıqlarını özündə əks etdirən yazılı mənbə kimi 2011-ci ildə Sankt-Peterburq şəhərinin arxivlərinin birindən tapdığı cəmi bir nüsxə “İosif Orbelinin kitabının yox olması səsbəbləri” kitabı “erməni” uydurmalarını bütünlükə ifşa edən qiymətli əsər kimi dəyərləndirilir.

Bu əsərdə Qarabağın dağlıq hissəsindəki əski Alban məbədlərinin məhv edilməsi və məqsədli şəkildə “erməni”ləşdirilməsi xüsusilə geniş işıqlandırılmışdır.

Gürcü ermənişünası, akademik Zaza Aleksidze Gəncəsər məbədinin baş yazısının (Həsən Cəlalın 1240-cı ildə verdiyi əmrə əsasən)  tərcüməsi barədə bildirmişdir ki,  Alban katolikosları xristian dünyasının ən yüksək dini dərəcəsinə mənsub olmuşlar, çünki Alban apostol dini mərkəzi müstəqil idi, avtokefal hüquqa yiyələnmişdi, amma  “erməni” saxta tarixçiləri bu faktı heç baxt bildirməmişlər.

Akademikin fikrincə, istər Şimali, istərsə də Cənubi Qafqaz hüdudlarında tarixən inşa edilən dini məbədlərdə “erməni” kilsə yazı nümunələrinə, yazılı daş lövhələrə və miniatür naxışlara rast gəinməmişdir. Və yaxud, Qafqaz Albaniyasının tarixi, maddi və yazılı irsinin hay kilsəsinin və kütləsinin təlqin-təqdim etdiyi  “erməni” dini mədəniyyəti ilə  üzvi bağlılığı olmamışdır.

Usanmaz və utanmaz “erməni”lər isə əksinə, Gürcü, Alban tarixi-dini abidələrini ələ keçirə bilmədikdə, onları Bizans mədəniyyətinin nümunələri kimi saxtakarlaşdırmaqdan belə çəkinməmişlər.

Çar Rusiyası və Rusiya Federasiyasının  səyi nəticəsində Qafqazda (o cümlədən Şimali Qafqazda, Krasnodar və Stavropol diyarında) yerləşdirilən “erməni”lərin sayı artıqdan sonra (XX əsrdə) bir sıra imtiyazlı siyasi-iqtisadi üstünlüklər qazanmaqla, onlar Çeçenistan, İnquşetiya, Gürcüstan, Dağıstan… ərazilərində xristianlığın formalaşmasında   “oynadıqları” rolu uydurma mülahizələrlə qabartmağa çalışmışlar, hansı ki, bu toplumun Qafqaz regionu ilə köklü, etno-morfoloji bağlılığı olmamışdır, bu barədə ciddi tarixi mənbələr üzə çıxarılmamışdır.

Bir sıra tədqiqatçılar müəyyən etmişlər ki, Gürcü-Rus münasibətlərinin kəskinləşməsində (xüsusilə 21 iyun 2019-cu ildən sonra) “erməni” seperatçı qüvvələri (“erməni”lərin sahib olduqları və ya diqtə etdikləri kütləvi informasiy mənbələri vasitəsi ilə) daha çox fəallıq göstərirlər, həm Gürcüstan Respublikası hüdudlarında, həm də Rusiya Federasiyası ərazisində. Bu baxımdan son vaxtlar güya gürcülərin ruslara, rus dilinə qarşı çıxmaları və ya rusların gürcülərə qarçı ayrı-seçkilik etmələri, “Gürcü nəfəsinin Rusiyaya dəyməməsi” kimi çağırışların artması… kimi hallar məhz “erməni” mənbələri tərəfindən körüklənməkdədir, artıq bu hal  sirr deyildir.

Bu barədə bilgilər yazar-tədqiqatçı Oleq Panfilovun “Krım həqiqətləri” saytında getmiş “Abxazvari oğurluqlar” məqaləsində yer almışdır.

Gürcüstanın Abxaziya bölgəsində “erməni” izinin  “boyaları” isə göy qurşağının rəngindən daha çoxdur.

Yuxarıda adı çəkilən məqalədə müəllif qeyd edir ki, 1993-cü ildən sonra Abxaziya Muxtar Respublikası əhalisinin 60%-i bölgəni tərk etdikdən sonra (təbii ki, gürcü ailələri üstün olmaqla) qalan bütün əmlak növlərinə (daha çox mənzillərə) ən çox sahiblənən “erməni”lər olmuşdur, hətta ukraynalılar, yunanlar, estonlar da mənzillərini tərk etmişdilər. Bu mənzillərə və əmlak növlərinə yiyə duranlar sırasında Ermənistandan, Rusiyadan, Azərbaycanın Qarabağ bölgəsindən axışan məlum (məlun) tayfalar başlıca say və yer tutmuşlar.

Axı, onlar qənimət əldə etməlidirlər, çünki “zəfər” çalmışlar.

Hazırda Suxumi şəhərində mənzil növbəsində olan yerli əhalinin sayı  2500 nəfərdən çoxdur, bu barədə şəhər Mənzil-Təsərrüfatı İdarəsinin rəisi Segey Matosyan bildirmişdir…

Əgər Hitler və onun silahdaşı, çiyindaşı quldurbaşı Q.Nijde sağ olsaydılar Qafqazla, eləcə də Cənubi Qafqazla bağlı arzularının həyata keçməsinin, “erməni” separatizminin  çiçəklənməsinin şahidi olardılar.

V.Kakabadze sonda iki müəllifin fikrinə də yer ayırmışdır əsərində.

Onlardan biri həbəş tarixçisi Tekoloy Xaqos, digəri isə ingilis ədəbiyyatşünası, tarixçisi, Qafqaz üzrə tədqiqatçı Donald Reyfilddir (Qafqaz, o cümlədən Gürcüstan tarixi ilə bağlı əsər yazan müəllif).

T.Xaqos: – “erməni”lər Fələstinə köçənə qədər burada yaşayan yəhudilər, ərəblər, yunanlar… arasında heç bir ayrı-seçkilik yox idi, mehribanlıq hökm sürürdü. Dünən axşam Yerusəlimdə (Qüdsdə) yataqlanan “erməni”lər bu gün bildirdilər ki, bu şəhərin əsasını onların ulu əcdadları qoymuşdur.

Nəticədə, bu müqəddəs yerlərə “erməni” köçü başlayanda sonra əhali arasında mehribançılıq, mərhəmət, sevinc, fərəh… hissləri yox olmuş, əvəzində bu məkan şeytan yuvasına çevrilmişdir. Məncə cəmiyyətin birləşərək “erməni”lərə öz yerlərini tanıtmaları vaxtı çoxdan çatmışdır. Bu sahədə görülən işlərə mən də kömək etməyə hazıram.

D.Reyfild:  – Mən əsər üzərində işləyərkən Gürcüstan və Rusiya arxivlərində xeyli araşdırma aparmalı olmuşam. Bu zaman elə tarix faktlara rast gəlmişəm ki, onlar barədə hətta SSRİ tarixində məlumat verilməyib və məndə haqlı olaraq suallar doğurub – Qafqaz  Albaniyasının taleyi neçə olmuşdur və yaxud  XX əsrədək  “erməni”lərin dövləti niyə olmayıb…

Əlbəttə, bu sualların cavablandırılması bizim də milli-dövlətçilik maraqlarımıza tamamilə uyğundur.

Odur ki, əhatəmizi bürümüş “erməni” kilsəsinin və “erməni” kütləsinin iç üzünün açılmasına, beynəlxalq miqyasda tanıdılmasına maraq getdikcə artmaqdadır. Bu sahədə xarici müəlliflərlə yanaşı milli tədqiqatçılarımızın səylərinin birləşdirilməsi və regional-qlobal məkan üzrə  hərtərəfli çıxış etməyin, bütün imkanlarımızın səfərbər edilməsinin zərurliyini Dövlətimiz və Xalqımız  tələb  etməkdədir.

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)     

Modern.az