Günəş enerjisi ilə işləyən avtomobilin təqdimat mərasimi keçirildi – VİDEO

    15

    Hurriyyet.org xəbər verir ki, Hollandiyadan olan universitet tələbələrinin hazırladıqları, günəş enerjisi ilə işləən “The Lightyear One” avtomobili ictimaiyyətə təqdim olunub. Yeni avtomobil bir dəfə topladığı enerji ilə 725 km yol gedə biləcəkdir.

    2015-ci ildə Hollandiyadakı Eyndhoven universitetindən olan bir qrup tələbə ilk dəfə bir yarış üçün hazırladıqları və günəş enerjisi ilə işləyən “Stella Lyuks” ailə avtomobilini tanıtdırmışdı. Yeni avtomobilin enerjiyə qənaəti 2015-ci ildə hazırlanan modeldən daha yüksəkdir və o, daha sürətlidir.

    Electrek.co internet saytının məlumatına görə, yeni avtomobilin təqdimat mərasini 25 iyun tarixində Hollandiyanın Katvijk şəhərində keçirilib.

    “Lightyear One” adı ilə satışa çıxarılacaq avtomobillərin satış qiymətinin 149 min avrodan baha olacağı gözlənilir.

    Hurriyyet.org