“Gündəmdə olan plastik əməliyyat zamanı ölüm hadisəsi fevralda olub” – Səhiyyə Nazirliyi

    12

    Bakıda “Stimul Hospital”da xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi yeni deyil, bu hadisə fevral ayında olub.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildirilib ki, əməliyyat olunan Quliyeva Yeganə Fəxrəddin qızının ölümü fevralın 14-də baş verib.

    Meyit üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticələri Bakı Şəhər Prokurorluğu və Sabuncu rayon prokurorluğuna təqdim edilib.

    Müayinə zamanı xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişdiyi təsdiqlənib.

    Hazırda istinaq aparılır.