Günahı olmadan 23 il həbsdə qalan şəxs azadlığa çıxdı

    15

    İstintaq orqanının səhvi səbəbindən 23 il həbs həyatı yaşayan məhkum azadlığa buraxılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Çində baş verib.

    Məlumata görə, hazırda 50 yaşı olan Tszin Çjehun 1995-ci ildə zorlama və qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

    Yalnız 2014-cü ildə Çin Ali Məhkəməsi işə yenidən baxılmasını tələb etdikdən sonra bəzi təfərrüatlar məlum olub.

    Belə ki, məhkum ittihamları işgəncə altında qəbul etdiyini bildirib. 4 il davam etmiş istintaq nəticəsində T.Çjehun azadlığa buraxılıb.