Gün eynəyi alarkən nəyə diqqət edəcəksiniz? – VİDEO

    9

    Artıq havalar isinməyə başlayır və təbii olaraq günəş eynəklərinə tələbat artır. Bir çoxları birbaşa günəş eynəklərinin satıldığı mağazalara gedir və zövqünə uyğun eynək seçir. Ancaq bu məsələdə həkimlərin xəbərdarlıqları var. Xüsusilə də optik eynəkdən istifadə edənlər diqqətli olmalıdırlar, onlar günəş eynəyini də resept əsasında almalıdırlar.

    Günəş eynəyi alanların bir çoxu əsasən, onun xarici formasına və şüşələrinin keyfiyyətinə fikir versə də, həkim reseptinin vacibliyini unudurlar.. Oftalmoloqlar deyirlər ki, xüsusilə də gözlərində ümumi zəiflik olanlar həkim məsləhəti olmadan günəş eynəyi almamalıdırlar.

    Oftalmoloq Şahin Novruzlu deyir ki, eynək seçərkən əvvəla onun ultrabənövşəyi şüaların qarşısını tam alıb-almamasına fikir vermək lazımdır. Bundan başqa, gün eynəyinin sertifikatlı olması da vacib şərtlərdəndir.

    Oftalmoloq onu da deyir ki, gözündə həssaslığı olanlar günəş eynəklərini alarkən onu mütləq keyfiyyət testindən keçirməlidirlər.