Hurriyyet.org xəbər verir ki, Rusiya sülhməramlılarının müşayiəti ilə sutka ərzində 2334 nəfər erməni Dağlıq Qarabağa köçülürüb. Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi, general-mayor İqor Konaşenkovun verdiyi məlumata görə, 14 noyabr tarixindən bəri artıq 11 min nəfərdən artıq erməni əhali yenidən Dağlıq Qarabağa yerləşdirilib.
Bəlli olduğu kimi, erməniləri daşımaq üçün İrəvan-Xankəndi istiqamətində pulsuz avtobuslar işləyir. Rusiyadan erməni əhalinin təminatı üçün 345 ton humanitar yardım göndərilməsi planlaşdırılır. Qarşıdakı bir il ərzində Dağlıq Qarabağ erməniləri bütün kommunal xərclərdən azad edilib.