Günəşə ən yaxın məsafədən çəkiliş aparılıb

72

Günəşin yaxın məsafədən fotoları çəkilib. Novator.az-ın məlumatına görə, şəkilləri Avropa Kosmos Agentliyi yayıb. Çəkiliş agentliyin Günəşdən 77 milyon kilometr uzaqda olan süni peyki vasitəsilə aparılıb. Bu, Günəşə ən yaxın peykdir.

Peyk fəzaya 2020-ci il fevralın 10-da buraxılıb və iyunun ortasında digər peyklərlə müqayisədə Günəşə ən yaxın məsafədə mövqe tuta bilib.

Avropa Kosmos Agentliyində çalışan alim Daniel Müller deyib ki, peykin kamerasından Günəşi və Günəş küləyini bütünlüklə görmək mümkündür: “Artıq əminik ki, bu peyk bizim Günəşlə bağlı bir sıra suallara cavab tapmağımıza kömək edəcək. Peykdə 6 teleskop və ətraf mühiti izləyən avadanlıqlar var. Həmin avadanlıqların ötürdüyü məlumatlar alimlərə Günəş küləyini (yüklü hissəciklərin Günəşdən axını) öyrənməyə imkan verir”.

Alimlər deyirlər ki, peyk Günəşə yaxınlaşdıqca şəkillər daha aydın olacaq. Onlar həmçinin ümid edirlər ki, peyk 5 il ərzində Günəş qütblərini və Günəşin görünməyən tərəflərini qeydə ala biləcək.