Güllələnən icra başçısını bu şəxs ƏVƏZ EDİR – FOTO

    39

    Güllələnmiş Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev əvəz edir.

    Sözügedən xəbəri Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

    Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Göyçənin Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib.

    Ailəlidir. 3 övladı var./unikal.org/