Güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazandı

    15

    Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov karyerasında üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

    Hurriyyet.org xəbər verir ki, 31 yaşlı idmançı bu nailiyyətə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 97 kq çəki dərəcəsində imza atıb. Olimpiya, dünya və Avropa çempionu 1/4 final mərhələsində gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze üzərində qələbə sayəsində yarımfinala yüksələrək, ilk "6-lıq"dakı yerini təmin edib. Beləliklə, Şərifov lisenziya normasını doldurub və Tokio Olimpiya Oyunlarında iştirak hüququ qazanıb. O, Azərbaycanın hazırkı dünya çempionatında ikinci, ümumilikdə isə 5-ci lisenziyasını təmin edib.

    Xatırladaq ki, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, gimnast Zöhrə Ağamirova və güləşçi Mariya Stadnik də Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.