Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı

    24

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

    Hurriyyet.org azvision.az-a xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

    O bildirib ki, G. Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: “G. Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

    MSK DSK-nın qərarını qüvvədə saxlayıb.