Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda final görüşünə çıxıb.
61 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Abashacı Məhəmmədovla üz-üzə gəlib.
Rəqibinə 1:5 hesabı ilə uduzan Qvarzatilov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb. \\Modern