Güləşçilərimiz bürünc medal uğrunda YARIŞACAQ

261

Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulub.

 

Əvvəlcə 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gəlib və rəqibinə uduzub – 2:4.

 

65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayıb. O, moldovalı İrina Rinqaçiyə 0:6 hesabı ilə məğlub olub.

Hər iki yığma üzvünün rəqibi finala yüksəldiyi üçün onlar dekabrın 16-da təsəlliverici görüşə çıxacaq.

 

Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

57 kq
1/8 final: Alyona Kolesnik – Anşu Anşu (Hindistan) – 2:4
Təsəlliverici görüş: Alyona Kolesnik – Laura Mertens (Almaniya)

65 kq
1/4 final: Elis Manolova – İrina Rinqaçi (Moldova) – 0:6
Təsəlliverici görüş: Elis Manolova – Aslı Demir (Türkiyə) \\Modern.az